“Rusiya NATO-nun Ermənistanda güclənməsi ilə bağlı narahatlığında haqlıdır” – Erməni politoloq

Hazırda oxunan: “Rusiya NATO-nun Ermənistanda güclənməsi ilə bağlı narahatlığında haqlıdır” – Erməni politoloq

184828

“NATO Ermənistanda anti-Rusiya və anti-İran prosesləri yaratmaqla fəal məşğul olur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Sputnik Armeniya”ya müsahibəsində erməni politoloq Beniamin Matevosyan deyib. 

O bildirib ki, Rusiya rəsmiləri Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı dəyərləndirmələrində kifayət qədər məntiqli nəticələr çıxarırlar və bu qiymətləndirmələr əsasən real vəziyyəti əks etdirir.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” qəzetinə müsahibəsində xüsusilə bildirmişdi ki, Kanada, Norveç və ABŞ-dan hərbi personal hazırda Aİ missiyası çərçivəsində Ermənistana göndərilir və onu NATO missiyasına çevirir. O, həmçinin Ermənistan rəhbərliyinin 2022-ci ildə ölkədə KTMT missiyasını yerləşdirməkdən imtina etdiyini açıqlayıb ki, bu da sərhəddə eskalasiya səviyyəsini azaltmağa kömək edə bilər.

Ona görə də Matevosyan hesab edir ki, Aİ-nin Ermənistandakı missiyası artıq ilkin elan edilən missiya deyil:

“Nəzərə almaq lazımdır ki, Avropa Birliyi təhlükəsizlik yaratmayan, onu istehlak edən strukturdur. Belə olan halda Aİ NATO-nun yaratdığı təhlükəsizliyi istehlak edir. Qərb elitası indi Ermənistandan istifadə edərək anti-Rusiya prosesləri yaratmağa çalışır. Bu kontekstdə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin yaratdığı “Ermənistanın Dostları Şəbəkəsi”nin son hesabatı simptomatik görünür.

Müəlliflər Avropa İttifaqını Ermənistana Aİ üzvlüyünə namizəd statusu verməyə, ona hərbi yardım göstərməyə, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün birgə hərbi təlimlər təşkil etməyə, Ermənistanı Avropa Enerji Birliyinə üzv olmağa və dialoqa başlamağa çağırıblar. Rasmussen ermənilər üçün vizaların liberallaşdırılmasını da vacib sayır”.

Erməni politoloq müsahibəsində bir məqama da toxunub. Bildirib ki, Rasmussen pullu konsaltinq xidmətlərindən istifadə edir:

“Hətta onun Ermənistanla imzalanmış müqaviləsi də var. Müqavilənin məzmunu NATO-nun maraqlarına, yəni Rusiyanın regiondan çıxarılmasına tam uyğundur. Ona görə də NATO-nun keçmiş baş katibi müəyyən ermənipərəst mövqe bildirməli idi”.

Surxay Atakişiyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin