Afaq Bəşirqızı xəstəliyindən DANIŞDI: “Həyatım boyunca mənimlə yaşayacaq” – VİDEO 

Hazırda oxunan: Afaq Bəşirqızı xəstəliyindən DANIŞDI: “Həyatım boyunca mənimlə yaşayacaq” – VİDEO 

184755

Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, bu haqda aktrisa “YouTube”da yayımlanan “Mirinin dibçəyi” verilişində danışıb. 

Bəşirqızı bildirib ki, onun xərçəngə yoluxması ilə bağlı informasiyanın yayılması təsadüf nəticəsində üzə çıxıb: 

“Hazırda səhhətimdə hər şey qaydasındadır. Rusların bir sözü var: “Keçmiş alkoqolik və narkotik aludəçisi yoxdur”. Bu elə bir xəstəlikdir ki, vaxtı ilə olan xəstəlikdir. Bu xəstəlik bütün həyatın boyunca səninlə yaşayır. Harada səni qırdı qıracaq. Ona görə bu xəstəlik haqda heç zaman danışmamışam. Bu, təsadüf nəticəsində açıldı. Heç kim mənim bu xəstəlikdən əziyyət çəkdiyimi bilmirdi. Mən bu xəstəlikdən artıq neçə illərdir ki, əziyyət çəkirəm. Nə isə... Keçdi, getdi...” 
“Xərçəngə qalib gələ bildiniz?” sualına Xalq artisti “İnsan nəyəsə qalib gələ bilsəydi, onun elə zəif ürəyi, dəfələrlə əməliyyatlara məruz qalan ürəyi, zəif bədəni, müəyyən yaş dövründə o divarlara dəyən başı olmazdı” cavabını verib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin