Müğənni Gülay Zeynallı Xalq artist Arif Babayevlə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, ustad sənətkarı ziyarət etmək üçün onun evinə gedən Gülay müəllimi ilə çəkilən fotoları sosial şəbəkə hesabında yayımlayıb.
G. Zeynallı A.Babayevin onun həm şəxsi həyatında, həm də sənət yolunda böyük rol oynadığını bildirib:
“Arif müəllim 8 il Asəf Zeynallı adına Milli Kollec və Milli Konservatoriyada ustadım olub. O, elçiliyimdə “Hə”mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdür. Bu gün doyunca dedik, güldük, Gültəkin xalamın (Arif Babayevin həyat yoldaşı – red.) aşından yedik. Allah sizə can sağlığı versin, Arif müəllim. Mən sizi çox istəyirəm”.
Rəşad Əliyev, Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/03/29/1711717560_4.jpg)
- A-
- A
- A+
Şoutaym
17:04 / 29.03.2024
Gülay: “Arif Babayev elçiliyimdə “hə”mi verib” – FOTO
Hazırda oxunan: Gülay: “Arif Babayev elçiliyimdə “hə”mi verib” – FOTO
Hazırda oxunan: Gülay: “Arif Babayev elçiliyimdə “hə”mi verib” – FOTO
184750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.