Amerikanın məşhur “The Simpsons” (Simpsonlar) cizgi filminin yaradıcıları illər sonra reallığa çevrilən ssenarilərinin dəqiqliyi ilə pərəstişkarlarını dəfələrlə təəccübləndiriblər və gələcək hadisələri demək olar ki, mistik şəkildə təxmin edə biliblər.
Bizim.Media xəbər verir ki, bu dəfə də cizgi filminin ABŞ-ın Baltimor şəhərindəki "Francis Scott Key" körpüsünün qəzasını da əvvəlcədən proqnozlaşdırdığı iddia edilib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da yük gəmisinin çırpıldığı körpü çökdü - VİDEO
Körpünün uçması ilə bağlı xəbərlər internetdə yayıldıqdan sonra, sosial mediada bəzi insanlar “Simpsonlar”ın hadisəni proqnozlaşdırdığını iddia ediblər.
Belə ki, 35-ci mövsümün 8-ci seriyasından olan epizodda baş qəhrəman "Homer" bir körpünün gəminin çırpılması nəticəsində çökdüyünü görərək qışqırır.
Cizgi filmindən olan başqa bir epizodda isə "Scorpio" siyasətçiləri şantaj etmək və qızıllarını almaq məqsədilə körpünü partlatmaq üçün "qiyamət cihazı"ndan istifadə edir. 1996-cı ildəki bu epizoddan olan görüntüdə kişilərdən biri: "Aman Allahım! 59-cu küçə körpüsü uçdu!", - deyə qışqırır.
Bununla belə, videoda adı çəkilən “59-cu küçə körpüsü” Baltimordakı körpü deyil, Nyu-Yorkdakı "Queensboro" körpüsü olduğu bildirilir və “Frensis Skott Key” körpüsü ilə bağlı heç nə proqnozlaşdırmır.
Qeyd edək ki, martın 26-da ABŞ-ın Baltimor şəhərində yük gəmisi “Frensis Skott Key körpüsü”nə çırpılıb. Qəza nəticəsində körpü uçub.
Bizim.Media