Paşinyandan Qarabağ separatçılarına daha bir ZƏRBƏ: "Hökumət"lərini tanımırıq

Hazırda oxunan: Paşinyandan Qarabağ separatçılarına daha bir ZƏRBƏ: "Hökumət"lərini tanımırıq

184530

Ermənistan mühacirətdə olan heç bir Qarabağ "hökuməti"ni (Söhbət separatçıların yaratdığı qondarma qurumdan gedir) tanımır.

Bizim.Media xəbər verir ki, bunu Errmənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir:

"Qarabağdan gələn bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edirlər, mühacirət hökumətlərini elan edirlər və s.

Mən çox açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur”.

Xatırladaq ki, bir müddət əvvəl Qarabağ separatçılarının keçmiş "lideri" Samvel Şahramanyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində İrəvanda “mühacirətdə olan Artsax hökumətinin” olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin