Salyanda ana olan 11-ci sinif şagirdinə görə məktəb direktoru işdən ÇIXARILDI – RƏSMİ 

Hazırda oxunan: Salyanda ana olan 11-ci sinif şagirdinə görə məktəb direktoru işdən ÇIXARILDI – RƏSMİ 

184526

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Şirvan-Salyan Regional Təhsil İdarəsi yayıb.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbər Qurbanova 27 mart 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilib.
Belə ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2024-cü ildə Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılıb. 

Yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin məktəbə davamiyyəti, əmək intizamı, dərslərin əvəzolunması, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili və keçirilməsi, fərdi təhsilin təşkili, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib və buna baxmayaraq şagirdin davamiyyətinin yaxşı olduğu qeyd olunub. Bundan başqa, Pambıqkənd məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunub və qiymətləri yazılıb.

Sözügedən məktəbdə erkən nikah hallının qeydə alınması və digər hallarla bağlı məsələ ərazi üzrə polis orqanı tərəfindən nəzarətə götürülmüşdü. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin