Bu sözləri Bizim.Media-ya Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov bildirib.
Onun sözlərinə görə, narkotik maddə istifadəçisi kimi qeydiyyatda olanların 618-i qadın, 9-u 15-17 yaşlı yeniyetmələr, 12969-u isə 18-34 yaşlı kişilərdir:
“Bu statistikaya əsaslanaraq qadınların daha çox narkotik istifadəçisi olduğunu deyə bilərik. Ötən illərin statistik məlumatlarını müqayisə etsək görərik ki, ildən ilə həm ümumi sayda, həm də buna uyğun olaraq qadınların sayında artım müşahidə olunur.
Bu artımın bir çox səbəbləri var ki, bunlardan da ən vacibi yuxarıda qeyd edildiyi kimi, maarifləndirmə tədbirlərinin nəticəsi və Narkoloji Mərkəzə olan inam və etibarın artmasıdır.
Lakin bunu da təəssüflə qeyd etməliyəm ki, qadınların və gənclərin sayının artmasına mental dəyərlərin gənclər arasında ildən ilə zəifləməsi və qlobal, sosial təsirlərin də çox mühim əhəmiyyəti vardır”.
“Bizdə qadınlar adətən narkotik istifadəçisi olan oğlanla evlənəndə tora düşürlər. Bu məlumatlar nə dərəcədə reallığı əks etdirir?” sualına cavab olaraq ekspert əlavə edib ki, çox təəssüf ki, iş təcrübəmizdə bu cür hallara az da olsa rast gəlirik:
“Bu və ya digər halların baş verməməsi üçün qadınlarımızın daha məlumatlı olmaları və daha müdrik qərarlar vermələri lazımdır”.
Xatırladaq ki, Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir. Ötən il bu rəqəm 32921 olub.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 20.04.2021
Azərbaycanda narkomanların toruna düşən qadınlar - Sayı artıb – SOS!
Hazırda oxunan: Azərbaycanda narkomanların toruna düşən qadınlar - Sayı artıb – SOS!
Hazırda oxunan: Azərbaycanda narkomanların toruna düşən qadınlar - Sayı artıb – SOS!
18452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.