İkinci dəfə ərə gedən Kəmalə: “Hansısa bir kişiyə görə övladımı qurban vermərəm” - VİDEO

Hazırda oxunan: İkinci dəfə ərə gedən Kəmalə: “Hansısa bir kişiyə görə övladımı qurban vermərəm” - VİDEO

184408

İkinci dəfə ailə həyatı quran müğənni Kəmalə Qaramollayeva verilişlərin birində dediyi “Tezliklə  6 yaşlı oğlum David xaricə köçəcək” sözlərinə aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgiz izlə” ictimai-sosial verilişində danışıb. 

Azyaşlı övladının xarici köçməsi xəbərini yanlış anlayanlara Kəmalə belə münasibət bildirib: 

“Dediyim sözlərə bir şərh yazılmışdı ki, “Kəmalə ikinci dəfə ailə qurub". Onun bu sözlərindən belə çıxır ki, ikinci əri birinci ərindən olan uşağı istəmir, qəbul etmir və buna görə də, Kəmalə oğlunu özündən uzaqlaşdırmaq üçün təhsil adı ilə onu xaricə göndərir. Mən itimə qarşı həssas olan insanam. Mən övladıma qarşı belə addım ataram? Hansısa bir kişiyə dəyərmi, övladımı qurban verim? Mənim ailə qurduğum insan birinci növbədə övladımı, ikinci növbədə isə sənətimi qəbul etməlidir. Çünki mən artıq tək deyiləm. Bu insan mənimlə ailə quranda əvvəlcədən məni tanıdı və söylədi ki, sənə və övladına öz soyadımı vermək istəyirəm. Mən isə ona söylədim ki, oğlumun Teymur adında atası var. Mənim və övladımın birinci ərimlə çox gözəl münasibəti var. Atası oğlundan imtina etməyib ki, ikinci ərim onu atalığa götürsün”. 

Müğənni bildirib ki, oğlunu indi yox 10-cu sinifdə oxuduğu zaman xaricə göndərəcək: 

“Mən övladımı məktəb vaxtında xaricə təhsil almağa göndərmək istəyirəm. Böyük sinifdə oxuyanda. 9-10-cu sinifdə oxuyanda göndərəcəyəm ki, orada təhsil alıb, universitetə qəbul olsun. Bunun axı nəyi pisdir? Beyəm Azərbaycanda bunu edən tək mənəm?”. 

Qaramollayeva daha əvvəlki çəkilişin ikinci ərinin evində deyil, öz şəxsi mənzilində aparılmasına belə reaksiya verib: 

“Mənə sual verdilər ki, “Niyə ikinci ərinin evində yox, öz evində çəkilişi etdin?” Cavab verirəm... Həyat yoldaşımın evində bizim bir yerdə çəkilən çox sayda portretlərimiz var. Mən istəmirəm ki, onlar efirdə görünsün. Mən gözə, nəzərə inanan insanam. Mənim birinci həyat yoldaşımla münasibətlərim efirdə çox reklam oldu. Özümə söz verdim ki, ikinci ailəmi mən efirdə reklam etməyəcəyəm. Bu da mənim evimdir də... Mənim nəyim varsa o da övladımındır. Amma həyat yoldaşım xaricdə olanda mən gəlib oğlumla öz evimdə qalıram. Amma o Bakıda olanda oğlumla birlikdə onun evinə köçürük. Övladım mənə maneə olmur, bunu deyirəm və nida işarəsi qoyuram”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin