Bu gün Avro-2024-ün son üç iştirakçısı müəyyənləşir.
Bizim.Media xəbər verirf ki, pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan (4:2) Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib.
Gürcüstan yığmasının həlledici penalti zərbəsini vaxtilə Azərbaycanda "İnter" və "Qəbələ"də çıxış etmiş Nika Kvekveskiri vurub.
Günün digər oyunlarında Ukrayna İslandiya ilə, Polşa isə Uelslə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
26 mart
Avro-2024-ün pley-off mərhələsinin finalı
21:00. Gürcüstan - Yunanıstan - 0:0 (Penaltilər - 4:2)
Qırmızı vərəqə: Giorgi Loria, 45+3 (Gürcüstan)
Bizim.Media