Bakının bir qəsəbəsində kanalizasiya problemini həll etmək üçün bəzi tikililər sökülməlidir - VİDEO

Hazırda oxunan: Bakının bir qəsəbəsində kanalizasiya problemini həll etmək üçün bəzi tikililər sökülməlidir - VİDEO

184326

Paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsinin bir qrup sakini kanalizasiya problemindən əziyyət çəkir.

Bizim.Media xəbər verir ki, sakinlərdən birinin evinin altından keçən kanalizasiya borusu partlayıb. Bu da ətrafı üfunətin bürüməsinə və evlərdə çatların əmələ gəlməsinə səbəb olub.

“Qonşunun həyətindən keçən boru partlayıb. Amma problemi aradan qaldırmaq üçün mənim evimin həyətini qazdılar. Daha sonra işi yarımçıq qoyub getdilər”, – şikayətçi Şəmsiyə Əliyeva bildirib.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı məsələ ilə bağlı bildirib ki, problemlə əlaqədar aidiyyəti qurumlara məlumat verilib:

“Həmin xətti təmir etmək üçün bəzi vətəndaşların hasarları, yardımçı tikililəri sökülməlidir. Bir neçə dəfə qəza briqadamız ərazidə olub. Lakin indiki şəraitdə orada təmir işləri aparmaq mümkün deyil”.

Ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin