Novruz bayramı tətilinin son günündə qərb bölgəsində də qar və küləkli hava şəraiti hökm sürür.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq qərb bölgəsində hava şəraiti kəskinləşib.
Belə ki, Hacıkənd qəsəbəsində, Göygöl - Kəlbəcər ərazisində güclü küləkdə müşayiət olunan qar yağır. Qarın qalınlığı dağlarda 8-10, dağətəyi kəndlərdə 3-5 sm arasında dəyişir.
Bu gecə bölgənin dağlıq ərazilərində temperatur mənfi dərəcəyə düşüb.
Hazırda soyuq və şaxtalı hava şəraiti davam edir. Bölgənin əksər ərazilərində çiskinli-dumanlı hava bu gün də müşahidə olunub.
Yollarda məsafə görünüşü 35-40 metrdir. Nəqliyyatın hərəkətində, eləcə də digər infrastrukturlarda hələlik problemlər yaranmayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.