Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında zəlzələ bölgəsinə 500 milyon avro maliyyə dəstəyinin göstərilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.
Bizim.Media “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Xəzinə və maliyyə naziri Mehmet Şimşək EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterinklə Türkiyənin iqtisadi proqramını, ikili əməkdaşlığı və bankın zəlzələ zonasına maliyyə dəstəyini müzakirə edib.
Qeyd edək ki, ötən il fevralın 6-da Türkiyənin Kahramanmaraş mərkəzli zəlzələdən sonra, EBRD regionun yenidən qurulması üçün dövlət və özəl sektor üçün 1,5 milyard avroluq maliyyə paketi elan edib.
Bu çərçivədə zəlzələ bölgəsindəki özəl sektorun layihələrinə, KOB və yerli banklara 800 milyon avro maliyyə ayrılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:36 / 26.03.2024
Türkiyənin zəlzələ bölgəsinə 500 milyon avro yardım AYRILDI
Hazırda oxunan: Türkiyənin zəlzələ bölgəsinə 500 milyon avro yardım AYRILDI
Hazırda oxunan: Türkiyənin zəlzələ bölgəsinə 500 milyon avro yardım AYRILDI
184264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.