Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvadakı “Crocus City Hall” konsert zalında baş verən terror aktında Ukraynanın əli olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, o bu barədə jurnalistlərin “Crocus City Hall”da törədilən terror aktının arxasında kimin dayanması ilə bağlı sualını cavablandırarkən deyib.
Patruşev jurnalistlərin terror aktının arxasında Ukraynanın, yoxsa İŞİD terror təşkilatının dayanması ilə bağlı sualına “Əlbəttə Ukrayna” cavabını verib.
Bizim.Media