UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı

Hazırda oxunan: UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı

184250

UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. 

Bizim.Media xəbər verir ki, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub. 

“Qarabağ”ın futbolçusu “Bayer”lə 1/8 finalın ilk matçını buraxsa da, cəzanın çəkilməyən hissəsi növbəti mövsümə qalıb. Almaniya klubu ilə cavab görüşündə aldığı qırmızı vərəqəni də nəzərə alsaq, Cəfərquliyev 2024/25 mövsümünə iki matçlıq diskvalifikasiya ilə başlayacaq. 
Bu görüşdə “Braqa” da futbolçularının düzgün olmayan davranışına görə xəbərdarlıq alıb. 

Qeyd edək ki, “Qarabağ” evdəki görüşdə 2:3 hesabı ilə uduzsa da, 1/8 finala yüksəlib. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin