Günəşdə partlayış oldu - "Maqnit aktivliyi tez bitməyəcək"- Alimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Günəşdə partlayış oldu - "Maqnit aktivliyi tez bitməyəcək"- Alimdən XƏBƏRDARLIQ

184158

Günəşdə bir neçə partlayışın baş verməsindən sonra yaxın günlərdə maqnit aktivliyinin artması müşahidə olunacaq.

Bizim.Media Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev “İzvestiya” nəşrinin əməkdaşı ilə söhbətində bildirib. 

Alim xəbərdarlıq edib ki, Günəşdə bir neçə partlayış olduğu üçün maqnit aktivliyi tez bitməyəcək:

“Partlayışların bəzilərində emissiyalar olub, bəzilərində isə yox. Buna görə də pozulmuş maqnit mühiti bir neçə gün davam edəcək. Amma maqnit qasırğasının olub-olmayacağını indidən söyləmək çətindir”. 

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası martın 23-də Günəşdə güclü parlamanın baş verdiyini bildirib. Martın 23-də Günəşdə bir neçə güclü partlayışın baş verməsindən sonra maqnit qasırğasının olacağına dair ehtimallar irəli sürülüb. 
Belə bir ehtimalı ABŞ-nin Kosmik Hava Proqnozu Mərkəzi də təsdiqləyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin