Əmək bazarında hansı İXTİSASLARA ehtiyac var? – Yeni SİYAHI 

Hazırda oxunan: Əmək bazarında hansı İXTİSASLARA ehtiyac var? – Yeni SİYAHI 

184140

Müasir dünyanın problemlərindən biri də dövrün tələbinə uyğun ixtisas seçimidir. Gələcək karyeranı qurmaq, yaşayışını təmin etmək üçün daha lazımlı peşəyə yiyələnmək şərtdir.

Rəqəmsal dəyişim bütün sahələrdə özünü göstərir. Sürətlə inkişaf edən dünyada bir sıra peşələr sıradan çıxır, xidmət sektoru, kompüter, sosial mediaya olan maraq əmək bazarında bu peşələrə tələbatı artırır.

Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında da bu məsələyə toxunulub.
 

MÖVZU İLƏ BAĞLI:

Sənəd qəbulunda rekord: Tələbə olmaq istəyənlərin sayı 16 min nəfər ARTIB


Qeyd edilib ki, universitetlərdə əmək bazarına uyğun kadrların hazırlanması sahəsində hələ də problemlər mövcuddur. Köhnədən qalan və müasir tələblərə cavab verməyən ixtisaslar hələ də var.

Hesabatda bildirilib ki, 2019-cu ildə ali təhsil pilləsinin bakalavriat səviyyəsi, 2020-ci ildə isə orta ixtisas təhsili pilləsi üzrə ixtisasların təsnifatları təsdiq edilib. Həmçinin, ali təhsil pilləsinin bakalavriat səviyyəsi üçün 148 ixtisas və orta ixtisas təhsili pilləsi üçün isə 142 ixtisas üzrə yeni məzmunlu, kompetensiya əsaslı, tələbə yönümlü təhsil proqramları hazırlanb və təsdiq edilib.

Bizim.Media 2020-ci ilin əvvəlində Nazirlər Kabinetinin təsdiq etdiyi yeni ixtisasları təqdim edir:

I qrup üzrə əsasən aerokosmik mühəndislik, aviasiya təhlükəsizliyi, hərbi rabitə vasitələri mühəndisliyi, nəqliyyat mühəndisliyi və bu kimi ixtisaslar əlavə edilib. 

II qrupa daxil edilən ixtisaslar isə beynəlxalq ticarət və logistika, mühasibatlıq, turizm bələdçiliyi və turizm işinin təşkilidir.

Bildiyimiz kimi, III qrup daha çox humanitar ixtisaslarla seçilir. Bura əlavə edilən yeni ixtisaslarsa bunlardır: Məktəbəqədər təhsil, islamşünaslıq, ictimai təhlükəsizlik və idarəetmə.
IV qrup ixtisaslarının çoxu tibb sahəsinə bağlı olduğu üçün daxil edilən yeni ixtisaslar da bu sahəyə aiddir. Fizioterapiya və tibbi reabilitasiya, ictimai səhiyyə, tibb bacısı işi və tib və biotexnologiya.

V qrup ixtisasları xüsusi istedad tələb etdiyindən ixtisaslar da tamamilə fərqlidir. Yeni ixtisaslara gəldikdə populyar musiqi və caz ifaçılığı, vokal sənəti ixtisası yaradılıb. 

Ekspertlərin fikrincə hazırda ən çox tələb kompüter, texnologiya elmləri, maliyyə, mühasibatlıq, marketinq, dizayn, neft-qaz, data analitikası ixtisaslarınadır. Yəni bu ixtisaslar əvvəlki illərlə müqayisədə öz yerini möhkəmlədib. Bundan başqa, kosmik texnologiyalar, informasiya təhlükəsizliyi, yaşıl enerji, ekologiya ilə bağlı ixtisaslar da gələcək üçün seçilən ixtisaslardandır. Təbii ki, tibb və təhsil sahəsinə də maraq və tələbat həmişə mövcuddur.

Günay Şahmar, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin