Güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 

184118

Bakıda və Abşeron yarımadasında martın 26-da gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycanın rayonlarında martın 26-sı gündüz qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Gəncə-Qazax, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 
Qərb küləyinin 15-20 m/s, 26-sı gündüzdən 27-si gündüzədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir. 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin