Putin Baydenlə Lukaşenkoya qarşı sui-qəsd cəhdini müzakirə etdi

Hazırda oxunan: Putin Baydenlə Lukaşenkoya qarşı sui-qəsd cəhdini müzakirə etdi

18406

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden telefon danışığı zamanı Belarusda dövlət çevriliş cəhdini müzakirə ediblər.

Bizim.Media "Tass"a istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Baydenin dəvətini qəbul etdi


Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Putin amerikalı həmkarı ilə söhbət zamanı ABŞ xüsusi xidmət orqanları tərəfindən Belarus rəhbərinə qarşı sui-qəsd cəhdi məsələsini qaldırıb, lakin cavab gəlməyib.

Xatırladaq ki, Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları burada iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin