Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi bildirib.
“Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinin istintaqı davam etdirilir. İndiyədək kimi 62 meyitin kimliyi müəyyən edilib”, – qurumun açıqlayıb.
Eyni zamanda, “RİA Novosti” konsert zalındakı dağıntıların ayırd edilməsi zamanı hələ də meyitlərin aşkarlandığını bildirib. Ölənlərin sayının artması istisna edilmir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:38 / 24.03.2024
Moskvada "Crocus City Hall"da ölənlərin sayı 137-yə çatdı
Hazırda oxunan: Moskvada "Crocus City Hall"da ölənlərin sayı 137-yə çatdı
Hazırda oxunan: Moskvada "Crocus City Hall"da ölənlərin sayı 137-yə çatdı
184033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.