Morqenştern ləqəbi ilə ölkəsində məşhurlaşan və “xarici agent” statusu alan rusiyalı epotajlı müğənni Əlişir Tagiroviç Morqenştern Moskvada törədilən terror aktı zamanı 100-ə yaxın insanı xilas edən 15 yaşlı məktəbli ilə bağlı gözlənilməz addım atıb.
Bizim.Media xəbər verir ki, hazırda xarici ölkələrin birində olan sənətçi gəncin bank hesabında bir milyon rubl (18500 manat) köçürüb.
Qeyd edək ki, "Crocus City Hall" da İslam qarderobda qulluqçu işləyib. Gənc fövqəladə vəziyyətdə nə etməli olduğuna dair təlim keçdiyindən, İslam konsert salonuna gələnləri koordinasiya etməyi öz üzərinə götürüb. Atışma başlayanda İslam insan axınının qarşısını kəsərək, qaçan kütləni xidmət çıxışlarına doğru yönəltməyə başlayıb. Həm də bir anda tələbə böyük bir qrup insanın dalana dirəndiyini görüb dərhal məsələ müdaxilə edib. O, yanındakı insanları tüstünün arasından keçirərək, onları xilas edib.
- A-
- A
- A+
Şoutaym
18:15 / 24.03.2024
Morqenşterndən Moskvada 100 nəfəri xilas edən məktəbliyə 1 milyonluq JEST - VİDEO
Hazırda oxunan: Morqenşterndən Moskvada 100 nəfəri xilas edən məktəbliyə 1 milyonluq JEST - VİDEO
Hazırda oxunan: Morqenşterndən Moskvada 100 nəfəri xilas edən məktəbliyə 1 milyonluq JEST - VİDEO
184030
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.