İngiltərə millisinin hücumçusu Harri Keyn Belçika ilə yoldaşlıq oyununda iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt danışıb.
O, zədə səbəbindən Braziliya ilə dünənki oyunu (0:1) buraxan hücumçunun Belçika ilə matçda da iştirak etməyəcəyini və klubu “Bayern”ə qayıdacağını qeyd edib:
“Keyn “Bayern”ə qayıdacaq. Çünki o, Belçika ilə oyuna qədər hazır olmayacaq”. Forvard Bundesliqanın 26-cı turunun “Darmştadt”la matçında (2:5) topuğundan zədə alıb. Keynin bu həftə bəzi məşqləri buraxdığı bildirilir.
Qeyd edək ki, İngiltərə – Belçika görüşü martın 26-da keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:04 / 24.03.2024
Harri Keyn millidən ayrıldı
Hazırda oxunan: Harri Keyn millidən ayrıldı
Hazırda oxunan: Harri Keyn millidən ayrıldı
184007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.