İki cüdoçumuz “Böyük Dəbilqə” turnirinin finalında

Hazırda oxunan: İki cüdoçumuz “Böyük Dəbilqə” turnirinin finalında

184000

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri bu gün başa çatacaq. 

Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 4 üzvü tatamiyə çıxıb. Onlardan Elcan Hacıyevlə Uşangi Kokauri finala çıxıblar. 

90 kq çəki dərəcəsində yarışan Elcan isə ilk mərhələdən azad olub. O, 1/16 finalda Jamal Peterqreyvə (Böyük Britaniya), 1/4 finalda İvan Felipe Silva Moraleşə (Kuba) qalib gəlib. Hacıyev yarımfinal uğrunda Peter Jilka ilə qarşılaşıb və qələbə qazanıb. O, yarımfinalda Juyeop Handan güclü olub. Hacıyev qızıl uğrunda görüşdə Vüqar Talıbovı mübarizədən kənarlaşdıran Laşa Bakeuri ilə üz-üzə gələcək.

100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri də “Böyük Dəbilqə”də finala yüksəlib. O, Marvin Qadau (Monako), Utkirbek Turoboyev (Özbəkistan) və Saba İnaneşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb. Kokauri yarımfinalda kubalı Endi Qrandadan güclü olub. Uşanqi finalda yerli idmançı Quram Tuşuşvili ilə yarışacaq.

Bu gün tatami üzərinə çıxan Vüqar Talıbov (90 kq), və Camal Qamzatxanov (+100 kq) mübarizəni dayandırıblar. 

Qeyd edək ki, “Böyük Dəbilqə”nin ilk günündə Azərbaycan millisi 2 medal qazanıb. Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) 3-cü yeri tutublar.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin