Xəbər verdiyimiz kimi, Moskvada çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktı ilə əlaqədar Prezident Vladimir Putin bu gün Rusiyada matəm elan edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq bəzi ölkələrdə də martın 24-ü Rusiya xalqı ilə həmrəylik əlaməti olaraq matəm günü elan edilib.
Belə ki, Serbiya Prezidenti Aleksandr Vuçiç “Crocus City Hall”da törədilmiş terror aktında həlak olanlarla bağlı ölkədə matəm günü olacağını açıqlayıb.
O, bununla ölən günahsız insanların xatirəsini ehtiramla yad etmək, həmçinin dost Rusiya xalqı ilə həmrəylik nümayiş etdirmək istədiyini bildirib.
Həmçinin Nikaraquada da martın 24-ü ümumrespublika matəm günü elan edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:50 / 24.03.2024
Bu gün Rusiya terroruna görə daha 2 ölkədə matəm olacaq
Hazırda oxunan: Bu gün Rusiya terroruna görə daha 2 ölkədə matəm olacaq
Hazırda oxunan: Bu gün Rusiya terroruna görə daha 2 ölkədə matəm olacaq
183950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.