“Crocus City Hall”-un qarderobunda işləyən məktəbli 100-dən çox insanı binadan çıxarıb.
Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, gəncin adı İslamdır, 15 yaşı var.
İslamın sözlərinə görə, işə başlamazdan əvvəl fövqəladə hallar üçün ona göstərişlər verilib. Terror aktı zamanı oğlan təlimatlara ciddi əməl edib.
İslam şokda olan kütləni dar keçiddən Expo pavilyonunun ərazisinə, sonra isə inzibati binadan keçərək küçəyə - təhlükəsizliyə apara bilib.
Bizim.Media