Martın 24-də Bakıda kişi və qadın boksçular arasında "Böyük İpək Yolu" beynəlxalq turniri start götürəcək.
Bizim.Media xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışda 11 ölkənin milli komandası mübarizə aparacaq.
Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan yığmaları güclərini yoxlayacaqlar.
Kişilər boksçular 13, qadınlar 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. 121 idmançının qatılacağı turnirin açılış mərasimi saat 13:30-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq. Yarışa martın 28-də yekun vurulacaq.
Yığmamız "Böyük İpək Yolu"na 34 kişi, 9 qadın boksçu ilə qatılacaq. Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:19 / 23.03.2024
Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək - FOTO
Hazırda oxunan: Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək - FOTO
Hazırda oxunan: Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək - FOTO
183926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.