Böyük Qayıdış: Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq - VİDEO 

Hazırda oxunan: Böyük Qayıdış: Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq - VİDEO 

183920

Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda infrastruktur işləri sürətlə davam etdirilir. Görülən proseslərə uyğun olaraq, Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq. 

Bizim.Media xəbər verir ki, işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsi mövcud olub. Böyük Qayıdış layihəsi çərçivəsində bu sayın 316-a endirilməsi planlaşdırılır. 

Bəs prosesin icrası hansı zərurətdən yaranıb? Yaşayış məntəqələrinin sayı azalsa, bu, evlərin əvvəlki otaq sayına uyğun verilməsi qaydasına da təsir göstərə bilərmi? 

Milli Məclisin deputatı Zahid Oruc deyir ki, 936 yaşayış yerinin hamısının bərpa olunması 100 milyardlarla manat vəsait demək olardı: “Axı ölkəmizin işğala məruz qalmamış bölgələrinin də məktəb, fabrik, zavod və sairin açılması ehtiyacları var. Otaq sayında xüsusi azalmanın olacağını düşünmürəm”. 

Daha ətraflı İTV-nin süjetində: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin