Moskvadakı terror aktını törətməkdə şübhəli bilindiyi üçün Bryansk vilayətində saxlanılan şəxslərdən biri öz əməlini etiraf edib.
Bizim.Media xəbər verir ki, o, ilkin sorğuda hücumla bağlı bir sıra detalları açıqlayıb.
O, etiraf edib ki, "Telegram" vasitəsilə əlaqə yaratdığı şəxs hücuma görə ona 500 min rubl vəd edib. 250 min rublu isə əvvəlcədən avans kimi alıblar. Hücumu təşkil edənlərə silah göndərilib, eyni zamanda terror aktının hədəfi və vaxtı ilə bağlı təlimatlar verilib.
Sözügedən şəxsin Ukraynaya qaçmaq istəyərkən saxlanıldığı bildirilib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media