Stilist və vizajist Anar Ağakişiyev də ötən axşam Moskvada terror hadisəsi törədilən “Crocus City Hall” konsert mərkəzində olub.
Bizim.Media xəbər verir ki, bu haqda Anar özü məlumat yayıb.
Ağakişiyev sosial şəbəkə hesabında İstanbul Hava Limanından paylaşdığı videoaçıqlamasında bildirib ki, dəhşətli olaydan yarım saat əvvəl məkanı tərk edib:
“Çoxunuz mənə görə narahatsınız. Mən də orada idim. Amma hadisədən yarım saat əvvəl oradan ayrılıb, hava limanına getdim”.
Rəşad Əliyev, Bizim.Media