Martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.
Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.
Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Görüş konstruktiv mühitdə baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Region
22:40 / 22.03.2024
Azərbaycan və Ermənistan parlamentariləri sülh prosesinə dəstək formasını müzakirə ediblər
Hazırda oxunan: Azərbaycan və Ermənistan parlamentariləri sülh prosesinə dəstək formasını müzakirə ediblər
Hazırda oxunan: Azərbaycan və Ermənistan parlamentariləri sülh prosesinə dəstək formasını müzakirə ediblər
183795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.