Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr keçiriləcək

Hazırda oxunan: Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr keçiriləcək

183791

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) aprelin 15-dən 19-dək Haaqadakı Sülh Sarayındaİrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Ermənistan Azərbaycana qarşı”) tətbiqi ilə əlaqədar Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə BƏM-in pres-relizində bildirilib.

Qeyd olunub ki, 16 sentyabr 2021-ci ildə Ermənistan sözügedən konvensiyanın pozulması iddiaları ilə Azərbaycana qarşı proses başladıb.

21 aprel 2023-cü ildə Azərbaycan məhkəmənin yurisdiksiyasına ilkin etirazlarını təqdim edib.

Qeyd olunub ki, şifahi arqumentlərin təqdim ediləcəyi dinləmələrin ilk raundu 15 aprel (Azərbaycan) və 16 aprel (Ermənistan) tarixlərində, ikinci raundu isə 17 aprel (Azərbaycan) və 19 aprel (Ermənistan) tarixlərində baş tutacaq.
BƏM-in digər press-relizində isə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Azərbaycan Ermənistana qarşı”) tətbiqi işi üzrə Ermənistanın ilkin etirazlarına dair dinləmələrin keçiriləcəyi qeyd olunub.

Bildirilib ki, dinləmələr aprelin 22-dən 26-dək keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin