“Ukrenerqo”: Rusiya Ukraynanın enerji sektoruna ən böyük hücum həyata keçirib

Hazırda oxunan: “Ukrenerqo”: Rusiya Ukraynanın enerji sektoruna ən böyük hücum həyata keçirib

183717

Bu səhər Ukraynanın enerji sektoruna Rusiyanın hücumu genişmiqyaslı müharibə başlayandan bəri ən böyük hücum olub. Bir çox rayonlarda enerji obyektlərinə ziyan dəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrenerqo”nun rəhbəri Vladimir Kudritski telemarafonda məlumat verib.

“Bu, yəqin ki, Ukraynanın enerji sisteminə bütün zamanların ən böyük hücumu idi.

Bu, birləşmiş silahlardan, yəni təkcə qanadlı raketlərdən deyil, həm də “Şahed”lərdən və ballistik raketlərdən istifadə edilməsi ilə xarakterizə olunur”, - deyə Kudritski əlavə edib.

Onun sözlərinə görə, istilik və su elektrik stansiyaları, eləcə də əsas yarımstansiyalar zədələnib. Düşmən enerji sisteminin müxtəlif obyektlərini - generasiya, yüksək gərginlikli yarımstansiyaları, paylayıcı operatorların yarımstansiyalarını hədəfə alıb.

Genişmiqyaslı hücum nəticəsində Ukraynanın müxtəlif bölgələrində enerji obyektlərinə ziyan dəyib. Kudritski ən çox Xarkovun zərər çəkdiyini, oraya dəymiş ziyanın miqyasının ən böyük olduğunu vurğulayıb.
“Təəssüf ki, Ukraynanın müxtəlif bölgələrində, əsasən də Dnepr çayının sol sahilində enerji təchizatında məhdudiyyətlər var. Bunlar idarə olunan məhdudiyyətlərdir ki, sistem bütöv şəkildə işləyir. Sualların əksəriyyəti elektrik enerjisinə dəymiş ziyanın vəziyyətilə bağlıdır. Dnepr Su Elektrik Stansiyasının uçması riski yoxdur, dəymiş ziyanın vəziyyəti dəqiqləşdirilir və bir neçə saata tam şəkildə aydın olacaq”, - deyə Kudritski bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin