Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası genişləndirilmiş kreditləşmə mexanizmi çərçivəsində Ukraynaya 880 milyon dollar məbləğində növbəti tranşın ayrılmasına dair sazişləri təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilir.
Sənədə əsasən, BVF rəhbərliyi təşkilatla Ukrayna rəhbərliyi arasında əvvəllər əldə edilmiş işçi razılaşmaları nəzərdən keçirib. Bu, Ukraynaya büdcə dəstəyi üçün istifadə olunacaq 880 milyon dolları dərhal ayırmağa imkan verəcək.
Növbəti tranşın Ukraynaya ayrılması ilə bağlı razılıq fevralda əldə olunub.
BVF indiyədək Ukrayna təxminən 4,5 milyard dollar məbləğində üç maliyyə tranşı alıb. 2024-cü ildə proqram Ukraynaya 5,4 milyard dollar büdcə yardımı nəzərdə tutur.
Ukraynanın maliyyə naziri Sergey Marçenko BVF ilə əməkdaşlığın maliyyə sabitliyinin təmin edilməsində, eləcə də iqtisadi canlanmanın stimullaşdırılmasında əsas element olduğunu vurğulayıb. Ukrayna hakimiyyəti BVF-nin proqramının bütün şərtlərini yerinə yetirməyə son dərəcə diqqət yetirir, çünki bu, əlavə maliyyə dəstəyi cəlb etmək imkanı açır.
Dörd illik Genişləndirilmiş Kredit Proqramı çərçivəsində əvvəlki 900 milyon dollarlıq tranş BVF-nin İcraçı Direktorlar Şurası tərəfindən 2023-cü ilin dekabrında təsdiq edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:52 / 22.03.2024
Beynəlxalq Valyuta Fondu təsdiqlədi: Ukraynaya 880 milyon dollar veriləcək
Hazırda oxunan: Beynəlxalq Valyuta Fondu təsdiqlədi: Ukraynaya 880 milyon dollar veriləcək
Hazırda oxunan: Beynəlxalq Valyuta Fondu təsdiqlədi: Ukraynaya 880 milyon dollar veriləcək
183677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.