BMT Baş katibi bu məsələlərdə ikili standartlardan qaçmağa çağırıb

Hazırda oxunan: BMT Baş katibi bu məsələlərdə ikili standartlardan qaçmağa çağırıb

183639

Ukrayna və Qəzza zolağındakı münaqişələrdə beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun prinsiplərə əməl etməli, ikili standartlardan çəkinməlidir.

Bizim.Media “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının sammitinə gələn BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, həm HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktı, həm də Qəzzada misli görünməmiş sayda qurbanlar pislənməlidir.

“Biz ikili standartlar olmadan həm Ukraynada, həm də Qəzzada prinsiplərə əməl etməliyik”.

O, həmçinin qlobal çağırışlarla bağlı BMT ilə sıx əməkdaşlığa görə Avropa İttifaqına təşəkkür edib.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin