“Heç kim bizə Aİ üzvlüyünə namizədlik təklif etməyib” – Erməni deputat 

Hazırda oxunan: “Heç kim bizə Aİ üzvlüyünə namizədlik təklif etməyib” – Erməni deputat 

183592

"Heç kim bizə Avropa İttifaqı üzvlüyünə namizədlik təklif etməyib, ictimaiyyəti çaşdırmayaq. Bu, Nikol Paşinyanın ictimaiyyətin fikrini gündəmdən yayındırmaq üçün atdığı addımlardır”.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Anna Mkrtçyan deyib.

“Hökumət nümayəndələri belə fikir yayındırmaları ilə bizi "işıqlı gələcəyin gözlədiyinə" inandırmağa çalışırlar", - deyə Mkrtçyan əlavə edib.
Deputat Ermənistan sərhədində Aİ missiyasının fəaliyyətindən danışarkən bildirib ki, Nikol Paşinyan hakimiyyətə gələnə qədər Ermənistan öz sərhədlərini özü qoruya bilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin