BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) prezidenti Sultan Əl-Cabir bu gün Danimarkanın paytaxtı Kopenhagendə qarşıdan gələn COP29 kontekstində iqlim dəyişikliyi ilə mübarizə addımlarını ətraf mühit nazirləri ilə müzakirə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə COP28-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
“Sultan Əl-Cabir ətraf mühit nazirlərinin Kopenhagen görüşündə COP28 nümayəndə heyətinə rəhbərlik edəcək. Onlar birlikdə əldə edilmiş tərəqqi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) konsensusuna əsaslanan, eləcə də COP üçlüyü (BƏƏ, Azərbaycan və Braziliya) ilə birlikdə COP29 istiqamətində əldə edilmiş irəliləyişləri və gələcək iddialı iqlim fəaliyyətini, gözləntilər və prioritetləri müzakirə edəcəklər”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, bu, COP28-dən sonra ilk böyük görüş olacaq.
Görüşə COP28-in prezidenti Sultan Əl-Cabir, həmçinin COP29-un prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayev və Danimarkanın inkişaf əməkdaşlıq və qlobal iqlim siyasəti üzrə naziri Dan Yorqensen sədrlik edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:24 / 21.03.2024
COP29-la bağlı mühüm tədbir KEÇİRİLƏCƏK
Hazırda oxunan: COP29-la bağlı mühüm tədbir KEÇİRİLƏCƏK
Hazırda oxunan: COP29-la bağlı mühüm tədbir KEÇİRİLƏCƏK
183582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.