Yeni dünya REKORDU – Tilovla 74 kiloqramlıq balıq TUTDU – FOTO 

Hazırda oxunan: Yeni dünya REKORDU – Tilovla 74 kiloqramlıq balıq TUTDU – FOTO 

183572

ABŞ-ın Kanzas ştatının Olathe şəhəri sakini Çad Uilyams 74 kiloqram ağırlığında nəhəng avar balığı tutub və dünya rekorduna imza atıb

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “WXXQ” radiostansiyası məlumat yayıb. 

Belə ki, Ç.Uilyams dostlarının dəvəti ilə balıq tutmağa gedib və tilovunu heç nədən xəbərsiz gölə atıb. 
Özünün dediyinə görə, tilova düşən balıq çox ağır olub və buna görə də onu çıxarmaq üçün çox əziyyət çəkib. Çıxardıqdan sonra isə tərəzidə çəkib və balığın 74 kiloqram olduğunu görüb ki, bu da əvvəlki ən yüksək göstəricidən 11 kiloqram çoxdur. Beləliklə də Villiams dünya rekordunu yeniləyib.

WXXQ iddia edir ki, yeni rekordun tezliklə qırılması ehtimalı azdır.

Qeyd edək ki, Avar balığı şirin suda yaşayan şüa qanadlı balıq növüdür. İlk növbədə Missisipi çayında və onun Ohayo, Missuri və İllinoys ştatlarındakı olan qollarında rast gəlinir. Bu balıqların uzunluğu 3 metrə qədər çatır və çəkisi 90 kiloqramdan çox ola bilər.





Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin