Mənzurədən keçmiş ərinə: “7 il ona qulluq etdim, hər şey gözündən gəlsin” - VİDEO

Hazırda oxunan: Mənzurədən keçmiş ərinə: “7 il ona qulluq etdim, hər şey gözündən gəlsin” - VİDEO

183567

“Keçmiş həyat yoldaşıma zamanında çox qulluq etmişəm. 7 il ona qulluq etmişəm. Ona yemək bişirəndə “pervıy”, “vtoroy”, “tretiy” hələ üstəlik “çetvertıy”da etmişəm. Hamısı gözündən gəlsin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva dəbdəbəli evində qonaq etdiyi “Ay Zaur” verilişinə müsahibəsində deyib. 

Keçmiş evliliyindən bəhs edən sənətçi eks həyat yoldaşından gileylənib: 

“O zamanlar “Telli” folklyor ansamblı ilə Rumıniyaya qastrol səfərinə gedəndə orada bizə yeməkdən sonra desert kimi kiçik pirojnalar verilirdi. Mən həmin pirojnanı evdə bişirirdim. Keçmiş həyat yoldaşım mənə deyirdi ki, “Astarı üzündən baha başa gəlir, niyə bu pirojnanı bişirirsən? Evdə bişirəndə baha çıxır amma mağazadan alanda ucuz”. Mənim dəyərimi zamanında bilməyən o şəxs, indi çox peşman olub”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin