Rusiyanın Belqorod vilayəti atəşə tutulub.
Bizim.Media xəbər verir ki, Rusiyanın “Baza” telegram kanalı bu barədə məlumat yayıb.
Kanalın məlumatına görə, hücum nəticəsində 5 nəfər həyatını itirib. Bundan əlavə çoxmərtəbəli yaşayış binaları və “Belqorod Arena” idman kompleksi zədələnib.
Hücumun kim tərəfindən törədildiyi hələlik rəsmi açıqlanmayıb.
Bizim.Media