Hakan Fidan: “Ankaranın Aİ-yə daxil olmaq üçün strateji baxışı dəyişməyib”

Hazırda oxunan: Hakan Fidan: “Ankaranın Aİ-yə daxil olmaq üçün strateji baxışı dəyişməyib”

183542

“Türkiyə gələcəyini Avropada görməyə davam edir. Prezidentimizin əvvəllər də təsdiq etdiyi kimi, Ankaranın Aİ-yə daxil olmaq üçün strateji baxışı dəyişməyib”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albareslə birgə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Aİ-nin ayrı-ayrı ölkələri ilə əlaqələri inkişaf etdirmək bizim üçün daha asan ola bilər, lakin Aİ ilə əlaqələrin inkişafı konsensus qərarlarının qəbulu ilə bağlıdır. Bu heç də həmişə bizim xeyrimizə olmur. 
Danışıqlar prosesinin aparılması üçün əsas Aİ ölkələrinin siyasi iradəsi tələb olunur. Prosesinin aparılması üçün əsas Aİ ölkələrinin siyasi iradəsi lazımdır. Bu isə, 2004 və 2005-ci illərdə olub, lakin sonra eroziyaya məruz qalıb, yerini Türkiyəyə qarşı fərqli siyasi mövqeyə verib”, - deyə Fidan qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin