Prezident Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM verdi       

Hazırda oxunan: Prezident Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM verdi       

18351

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur.

1978-ci il təvəllüdlü A.Məhərrəmov 22 yaşından Xarici İşlər Nazirliyində çalışır. O, 2016-cı ildən Azərbaycanın İspaniyadakı səfiri vəzifəsini tuturdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin