Polşada fermerlərin genişmiqyaslı etiraz aksiyası planlaşdırılır.
Bizim.Media xəvər verir ki, fermerlərin etirazlarına 70 min insan qatılacaq.
Fermerlər Varşava, Vroslav, Poznan və Bydgoszcz daxil olmaqla böyük şəhərlərə girişləri bağlayıblar. Aksiyalar 580 yaşayış məntəqəsində keçiriləcək.
Fermerlər həmçinin Ukrayna ilə sərhəddə yerləşən Medika-Şəqini sərhəd keçid məntəqəsindən avtobusların hərəkətini əngəlləyiblər. Etirazçılar Ukrayna məhsullarının idxalına və Polşada heyvandarlığın məhdudlaşdırılmasına qarşı çıxmaqda davam edirlər.
Bizim.Media