Koronavirus infeksiyasının yayılmasının əsas səbəblərindən biri də daşıyıcıların məsuliyyətsizliyidir. Xüsusilə də ev şəraitində müalicə alan xəstələrə ciddi nəzarət tələb olunur.
Onların COVID-19 üçün götürülmüş test nümunələri müsbət çıxdıqda izolyasiya qaydalarına əməl etməsi üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ismarıc gəlir.
Həmin şəxs hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülür və izlənilir.
Bəs qaydalara əməl etməyən şəxslərə hansı cəza tədbiri nəzərdə tutulur?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Bizim.Media-ya açıqlamasında bildirib ki, məsuliyyətsizlik edərək, insanların yoluxmasına səbəb olan şəxs cinayət məsuliyyəti daşıyır:
“Bu insanlar təsəvvür edin ki, canlı bombadır. Onlar ətrafdakılara təhlükədir. Koronavirusa yoluxaraq evdə müalicə alan xəstələrə hüquq mühafizə orqanları tərəfindən daim ciddi nəzarət olunur. İzolyasiya qaydalarına əməl etmədikdə onlara cinayət işi açılır”.
DİN rəsmisi qeyd edir ki, qaydaları pozan şəxsi iki min beş yüz manatdan beş min manatadək cərimə və ya üç ilədək azadlığın məhdudlaşdırılması, ya da üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olarsa üç ildən beş ilədək məntəqə tipli cəzaçəkmə müəssisəsində həbs edilir.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
COP29
21:00 / 02.11.2020
Evdə müalicə alan COVID-19 xəstələrini polis izləyir
Hazırda oxunan: Evdə müalicə alan COVID-19 xəstələrini polis izləyir
Hazırda oxunan: Evdə müalicə alan COVID-19 xəstələrini polis izləyir
1835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.