Paşinyan yaxın günlərdə Qazaxın 4 kəndini geri qaytaracaq - “Hraparak”

Hazırda oxunan: Paşinyan yaxın günlərdə Qazaxın 4 kəndini geri qaytaracaq - “Hraparak”

183473

Hakim “Vətəndaş müqaviləsi” partiyasının bir çox deputatlarının fikrincə, Tavuş ərazilərinin (söhbət anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərindən gedir) Azərbaycana verilməsi prosesi çox güman ki, ən qısa zamanda Nikol Paşinyan tərəfindən həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Onlar bunu Paşinyana yaxın “dar çevrə”dən alınan məlumatlardan anlayıblar. İki ay əvvəl Təhlükəsizlik Şurasının iclaslarının birində Paşinyan 4 kəndin yaxın vaxtlarda Azərbaycana verilməsi hazırlığından söz açmışdı. İştirak edənlərin çoxu isə baş nazirin niyə çiyninə belə bir yükü götürdüyünə inanmamışdı.

Paşinyanın dünənki TikTok-dakı çıxışından sonra məlum oldu ki, onun kənd camaatına dediyi “Mən bu haqda fikirləşəcəyəm, sizə cavab verəcəyəm” fikirləri növbəti yalandır. Baş nazir hədə ilə bildirib ki, kəndlər verilməsə, müharibə başlayacaq. 

Yeri gəlmişkən, dünən səhər tezdən xəbər aldıq ki, Tavuş sakinləri etiraz aksiyası keçirmək və yolu bağlamaq niyyətlərini bildirdikdən sonra Tavuşa iki avtobusla polis göndərilib. Amma mənbəmizin sözlərinə görə, polis Voskeparda çox az qalıb: kənd camaatı onları gördükdən sonra hay-küy salıblar. Və etiraz aksiyası Voskepar sakinlərindən birinin dəfn mərasimi ilə əlaqədar təxirə salınıb.

Yeri gəlmişkən, Paşinyan Tavuş sakinləri ilə görüşə sinif yoldaşı, daxili işlər naziri Vaqe Qazaryanı da özü ilə aparıb”, - deyə nəşr vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin