Türkiyə də Rusiyaya qarşı sanksiyalara QOŞULUR? - İDDİA

Hazırda oxunan: Türkiyə də Rusiyaya qarşı sanksiyalara QOŞULUR? - İDDİA

183457

Türkiyə və ABŞ rəsmiləri Rusiyaya qarşı sanksiyalara riayət etmək üçün yeni sistemlə bağlı razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu, Türkiyənin “Hürriyet” qəzetinin rəsmi qurumlardakı mənbələrə istinadla verdiyi məlumatda əks olunub.

Mənbələdən birinin dediyinə görə, Vaşinqton bir müddən əvvəl Rusiya ilə biznes fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən türk şirkətlərinə qarşı dərhal sanksiyalar tətbiq edib. 

Xatırladaq ki, fevralın 23-də ABŞ Ukraynada hərbi əməliyyatların başlanmasının ikinci ildönümünə təsadüf edən sanksiyalara məruz qalan şəxslər və şirkətlərin siyahısını açıqlayıb. 

Rusiya 63 şirkəti, eləcə də Çin və Türkiyə də daxil olmaqla  30 xarici şirkət məhdudiyyətlərə məruz qalıb. 

“Politico” yazır ki, ABŞ müttəfiqləri ikinci dərəcəli sanksiyaları həddindən artıq hədsiz adlandırıblar. Martın əvvəlində isə Türkiyənin Dörtyol terminalı sanksiyalara görə Rusiya neftini qəbul etməkdən imtina edib. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin