Novruz bayramının ilk günü Qubanın dağ yolları qarlı-şaxtalı olub.
Quba-Xınalıq yolunun 35-ci km-dən 57-ci km-dək olan hissəsində qarın hündürlüyü 40 sm-dən çox olub.
Qubadakı 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya məlumat verib ki, mart ayında belə çoxlu qarın yağması ilk dəfədir ki, müşahidə edilir.
Onun sözlərinə görə, yol hazırda qardan təmizlənir.
Qeyd edək ki, Xınalıq kəndinin özündə isə 32 sm qar var və yağıntı yenə də davam edir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu