Qeyri-sabit hava Baharın ilk günündə də özünü göstərir. İlaxır çərşənbədə olduğu kimi, Novruz bayramının ilk günündə də dağlıq kəndlərə qar yağıb.
Belə ki, Qubanın Xınalıq və Qrız kəndlərinə 32 sm qar düşüb. Xınalıqda 4, Qrızda isə 3,7 dərəcə şaxta qeydə alınıb.
Xınalıq kənd sakini Namiq Əhmədov Bizim.Media-ya məlumat verib ki, qar martın 18-dən ysğmağa başlayıb:
"Əriməsəydi, hündürlüyü 70-80 sm-ə çatardı".
Qubanın Zıxır, Dalıqaya, Söhüb, Qusarın Ləzə kəndlərinə isə 25 sm-dən çox qar düşüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu