Belqorodda postlar qurulur - Müharibə Rusiya ərazisinə keçir

Hazırda oxunan: Belqorodda postlar qurulur - Müharibə Rusiya ərazisinə keçir

183414

Martın 20-dən Rusiyanın Belqorod vilayətində bir sıra yaşayış məntəqələrinə giriş məhdudlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqramda yayımlanmış videomüraciətində açıqlayıb.

Bölgə başçısı bildirib ki, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması haqqında qərar “Qrayvoronski şəhər dairəsinin sakinləri üçün əlavə təhlükəsizlik tədbirlərinin hazırlanması” çərçivəsində qəbul edilib.

Qladkovun sözlərinə görə, Kozinka, Qora-Podol, Qlotovo, Qrayvoron, Novostroyevka-pervaya, Novostroyevka-vtoraya və Bezımenonun ərazilərinə giriş məhdudlaşdırılacaq.

“Bu o deməkdir ki, DİN, Milli Qvardiyanın, Müdafiə Nazirliyinin Sərhəd Xidmətinin və administrasiyanın əməkdaşlarının duracağı postlar qurulacaq”, – qubernator aydınlıq gətirib.

Xatırladaq ki, martın 19-da Rusiya Prezidenti Vladimir Putin diversiya qruplarının Rusiya soxulması cəhdlərindən söz açıb.

Martın 17-də Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionu Belqorodun yaşayış məntəqəsini nəzarətə aldığını açıqlayıb.

Martın 15-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov diversiya qruplarının Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevirdiyini bəyan edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin