Pakistanın qərbində 5,4 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 02:27-də qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Bəlucistan vilayətinin Nuşki şəhərindən 67 km şimal-qərbdə olub.
Hələlik tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən gün də Pakistanda 5.4 bal gücündə zəlzələ olmuşdu.
Bizim.Media