Lənkəranda 22 yaşlı qadın hamam otağında ÖLÜ TAPILIB

Hazırda oxunan: Lənkəranda 22 yaşlı qadın hamam otağında ÖLÜ TAPILIB

183393

Lənkəranda bədbəxt hadisə baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Yuxarı Nüvədi kənd sakini 2002 - ci il təvəllüdlü Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb. 

S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o, xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin