Lənkəranda baş verən qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - FOTO

Hazırda oxunan: Lənkəranda baş verən qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - FOTO

183365

Bu gün saat 17:20 radələrində Lənkəranda baş vermiş  yol-nəqliyyat hadisəsi ilə bağlı xəsarət alanların kimliyi açıqlanıb.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var - FOTO


Məlumata görə, 2003-cü il təvəllüdlü (kişi cinsli), 2003-cü il təvəllüdlü (kişi cinsli) 2003-cü il təvəllüdlü (kişi cinsli), 3 nəfər bədənin çoxsaylı sıyrıntıları, sağ diz oynağının qəlpəli sınığı, bud sümüyünün qəlpəli sınığı, diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Bir nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki ölümlə nəticələnən yol nəqliyyat hadisəsi köhnə Ələt - Astara magistralının 186 - km də Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. "VAZ-2106" və "VAZ-21011" markalı nəqliyyat vasitələri toqquşub.




Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin